03 
Fev
2021
13:04
320

Qamğrelidze: "Bütün məhdudiyyətlərin bir anda götürülməsi ölkədəki epidemioloji vəziyyəti çətinləşdirəcək"

"Bütün məhdudiyyətlərin bir anda götürülməsi ölkədəki epidemioloji vəziyyəti çətinləşdirəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Qamğrelidzenin hesab etdiyinə görə, məhdudiyyətlər tədricən yüngülləşdirilməlidir.

“Bu gün ölkədə bütün məhdudiyyətlər bir anda götürülərsə, bir aydan sonra təxminən oktyabr-noyabr-dekabr aylarında olduğumuz göstəricilərə qayıdacağıq. Çox ağır bir dalğadan keçdik və o dalğadan yenidən keçmək istəmirik. Biz gürcülərin yaxşı bir sözü var - ehtiyatın başı ağrımır. Diqqətli olmalıyıq. Hamı heç bir məhdudiyyətin və ya çox az məhdudiyyətin olmasının tərəfdarıdır, lakin məhdudiyyətlər tədricən asanlaşdırılmalı və epidemioloji vəziyyət müşahidə olunmalıdır və izlənməlidir. Bütün məhdudiyyətlər monitorinqə əsaslanmalıdır. Koordinasiya Şurasında bu barədə çox müzakirə aparılıb. Xatırlatmaq istərdim ki, restoranlarda toplanmalarla yanaşı başqa risklər də var. Alkoqol qəbul etdiyimiz zaman bir çox sıx təmasda olmaq mümkündür. Yenə də deyirəm, restoranlar da, başqa müəssisələr açılacaq, ancaq müəyyən sıralarla", - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın