Natia Turnava: "Ümid edirəm restoranlar qeyri-qanuni hərəkətlərlə dialoqu çətinləşdirməyəcək"
"Gürcüstanın qalan hissəsində restoranların açılmadığı üçün narazılıqlarının olması başa düşüləndir, lakin itaətsizlik, qanunları pozmaq qəbuledilməzdir. Əlbətdə buna sərt reaksiya olacaq".
InterPress.ge xəbər verir ki, İqtisadiyyat naziri Natia Turnava bu barədə açıqlama verərək, 6 fevraldan etibarən restoranlar tərəfindən itaətsizlik elan edilməsi məsələsinə cavab verib.
Turnavanın dediyinə görə, restoranlar itaətsizlik elan edərək hökumət ilə konstruktiv dialoq imakanlarını pozacaq.
“Aydındır ki, Gürcüstanın qalan hissəsində restoranların açılmadığı üçün narazılıqları var, lakin itaətsizlik, qanun pozuntuları, qanunlara və epidemioloji qaydalara tabe olmamaq qəbuledilməzdir. Bu, əlbəttə ki, sərt reaksiyaya səbəb olacaq, amma praktik olaraq, Baş nazir və iqtisadi komanda ilə eyni Acarıstan modelini nə vaxt edə biləcəyimizi müzakirə edirik, hansı ki, ilk növbədə açıq sahələri açdıq və bunu daha sonra qalan gürcüstana tətbiq etdik. Epidemioloji vəziyyəti müşahidə edirik və çıxış yolu axtarırq, bu səbəbdən mənim xahişim budur və ümid edirəm ki, qanunsuz hərəkətlər ilə aramızdakı dialoqu çətinləşdirməyəcəklər. Qanun pozuntusu, itaətsizliklə əlaqəli belə bir hərəkət bu dialoqu xeyli çətinləşdirəcək və ümid edirəm ki, bu, belə olmayacaq", - dedi Turnava.


