03 
Fev
2021
12:03
3106

Mərkəz rəhbəri ictimai nəqliyyatla və təhsil ilə bağlı ŞAD XƏBƏR VERDİ

"Bu mərhələə, qalan üç böyük şəhərdə ictimai nəqliyyat fəaliyyətini bərpa etmək əhəmiyyətlidir".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze söyləyib.

Koordinasiya Şurasının iclasından sonra Qamğrelidzenin dediyinə görə, bu gün əsas prioritet ictimai nəqliyyatdır.

"Bu gün əldə etdiyimiz epidemioloji vəziyyəti 7 və 14 gün ərzində qoruyub-saxlasaq, hansı ki, Batumidə etdik və ictimai nəqliyyat çalışdı, bu, indi də Rustavidə,Tbilisidə və Kutaisidə olmalıdır. Sonra başqa bir məhdudiyyəti aradan qaldırmağa davam edəcəyik. Ölkədə hər şeyin açıq olmasına sevinirik, amma bunun mərhələli olmasını vurğulayıram. Sizə şəxsi fikirlərimi deyə bilərəm ki, bu mərhələdə nəqliyyat və daha sonra təhsil müəssisələrinin açılmasını daha yüksək prioritet hesab edirəm", - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın