Gürcüstanda koronavirusla bağlı son vəziyyət
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 688 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə virusa yoluxanların sayı 259 897 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 788 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 251 077 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 13 nəfər ölüb və ölənlərin ümumi sayı 3221 nəfər təşkil edib.
Qeyd edək ki, son 24 saat ərzində 15792 test aparılmışdır. Bunlardan 9579-u sürətli antigen testi, 6213-ü isə PCR testidir.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


