03 
Fev
2021
07:16
553

Tbilisidə ağır yol qəzası baş verdi

Tbilisi dənizinin yaxınlığında avtomobil qəzası baş verib.

InterPress.ge xəbər verir ki, iki avtomobil bir-biri ilə toqquşub.

Toqquşma nəticəsində bir avtomobilə ciddi ziyan dəyib, digəri isə aşıb.

Sərnişinlərin zədələnmiş avtomobildən çıxarılması üçün xilasetmə qrupunun köməyinə ehtiyac olub.

Qəza nəticəsində bir neçə nəfər yaralanıb və tibb müəssisəsinə aparılıblar.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsinin 2-ci hissəsi ilə başladılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər