02 
Fev
2021
22:53
1482

Restoranlar Assosiyasiyasının təsisçisi: "6 fevralda restoranlar özbaşına açılacaq"

"Şənbə günü restoranlar özbaşına açılacaq".

InterPress.ge xəbər verir ki, Bu barədə Restoranlar Birliyinin qurucusu Şota Burcanadze bildirib.

Onun sözlərinə görə, qərar bu gün alınıb və məsələ ilə bağlı əlavə detallar sabah açıqlanacaq.

Məlumat üçün bildirək ki, İdarələrarası Koordinasiya Şurasının məhdudiyyətlərinin tədricən götürülməsi planına əsasən, otellər də daxil olmaqla, ölkə daxilində restoranlar və qida obyektləri yalnız çatdırılma xidməti ilə fəaliyyət göstərməyə davam edəcək. Acarıstan istisnadır, burada fevralın 1-dən etibarən qida obyektlərinin açıq yerlərində qonaq qəbuluna icazə verilir. Sektor açılış tələb edir və etiraz olaraq, 200-ə qədər restoran 30 yanvarda 24 saat çatdırılma xidməti ilə işləməkdən imtina etdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər