02 
Fev
2021
22:44
7349

Gürcüstanın bu kəndində karantin elan edildi

Kobuleti Bələdiyyəsinin Gixanguri kəndində karantin elan edildi.

InterPress.ge xəbər verir ki, kənddə quduzluq müşahidə olunub.

Yerli sakinlərin sözlərinə görə, it inəyi dişləyib və nəticədə heyvanlar infeksiyaya yoluxub və ölüb.

Gixanguri kəndinin sakinləri Kobuleti Bələdiyyəsindən kömək istəyirlər.

Kobuleti Bələdiyyəsi, karantin müddəti bitdikdən sonra siyahıyaalma aparılacağını və imkan daxilində ailələrə kömək ediləcəyini söyləyib.

"Bələdiyyə meriyası məsələyə müvafiq cavab verdi. İdarə əmr verdi, Oçxamuri inzibati vahidindəki Gixanguri kəndi karantin zonası elan edildi. Bələdiyyə kənd əhalisini məlumat ilə təmin edir. Bundan əlavə, Milli Qida Agentliyi bələdiyyə meriyasının köməyi ilə peyvəndləmə həyata keçirir", - Kobuleti Bələdiyyəsindən bildirilir.

Gixanguri kəndində karantin müddəti iki ay davam edəcək və bu müddət ərzində əhaliyə ev heyvanlarını çölə buraxmağa və ət və süd məhsulları satmağa icazə verilməyəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər