Qabunia: "İlk qrupların aşılanacağı peyvəndləmə mərkəzləri artıq seçilib"
"Pfizer"in ilk dozalarını almaq və dərhal istifadə etməyə hazırlaşmaq üçün intensiv işlər gedir və ilk qrupların aşılanacağı yerlər, belə desək, peyvəndləmə mərkəzləri artıq seçilib".
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirinin birinci müavini Tamar Qabunia, Hökümət Administrasiyasında keçirilən Kovid-19 peyvəndinin tətbiqi üzrə İdarələrarası Koordinasiya Kommisiyasının iclasından sonra açıqlayıb.
Qabunianın sözlərinə görə, sessiyada soyuq zəncirin tələblərinin qorunması ilə, peyvəndin ölkəyə gətirilməsi üçün həyata keçirilməli olan proseslər müzakirə edilib. Həmçinin Qabunianın dediyinə görə, prosesi rəvan aparmaq üçün ünsiyyət kampaniyasından da danışıblar.
"Bu gün bu barədə söhbət var idi, peyvəndin ölkəyə gətirilməsi üçün soyuq zəncirin tələblərinin qorunması ilə, həyata keçirilməli olan proseslər haqqında danışdıq; Ayrıca, ünsiyyət kampaniyası haqqında da danışdıq, peyvənd yüksək keyfiyyətlidir, aşı təhlükəsiz, effektli olacaq və aşılama prosesinin problemsiz olması və tətbiqin həm birinci, həm də ikinci doza uyğun olması vacibdir, çünki tam bir dövrün keçməsi nəticə əldə etmək üçün çox vacibdir", - dedi Tamar Qabunia.


