16 
Mar
2020
14:14
1309

Gürcüstan əcnəbilərin ölkəyə girişinə qadağa qoydu

Gürcüstan hökumətinin qərarı ilə martın 18-dən etibarən əcnəbilərin ölkə ərazisinə girişi qadağan edilib.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.

Onun sözlərinə görə, qadağa iki həftə ərzində qüvvədə olacaq.

“Baş nazir, Giorgi Qaxariyanın rəhbərliyi ilə, koordinasiya şurasının növbəti iclasında koronavirusun prevensiyası ilə bağlı qəbul olunan qərarla sizi tanış etmək istəyirəm. Növbəti iki həftə ərzində, sabah gecə, 18 mart saat 00:00-da xarici ölkə vətəndaşları üçün Gürcüstana giriş qadağan edilir. Bildiyiniz kimi, Zurab Abaşidze Rusiya nümayəndəliyi ilə söhbət etdi və Rusiyaya qarşı bu məhdudiyyət artıq qüvvəyə mindi. Gürcüstan vətəndaşlarının bilavasitə ailə üzvləri olan vətəndaşlar Gürcüstan daxil ola bilərlər”, – İrakli Çikovani bəyan etdi.

İ.Çikovani qeyd edib ki, xarici ölkələrdə olan Gürcüstan vətəndaşlarına vətənə hava nəqliyyatı ilə dönməsi üçün imkan yaradılacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər