Tamar Qabunia: "Peyvənd gətirildikdən sonra bir dəqiqə belə itirilməməsi və peyvənd proqramının dərhal başlaması üçün fəal şəkildə çalışırıq"
"Səhiyyə Nazirliyi, nə vaxt ki peyvənd ölkədə olacaq və bunun fevral ayının ikinci yarısında olacağını gözləyirik, bir dəqiqə belə itirməmək və aşılamağa başlamaq üçün aktiv şəkildə çalışır. Bu məqsədlə "Pfizer" peyvəndləməsinin həyata keçirilməsi üçün tibb müəssisələri seçilir".
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
Onun sözlərinə görə, ultrasoyuq zəncirin tələblərinə görə bütün tibb müəssisələri "Pfizer" peyvəndləmə prossesinin həyata keçirilməsində iştirak edə bilməyəcək.
"Buna görə, xəstələrin axınlarını idarə etmək üçün uyğun mənbələrə sahib olan böyük klinikalar seçilir, eyni zamanda mənfi reaksiya aşkar edilərsə, yerində asanlıqla idarə edilə bilməsi üçün uyğun yerlərlə təchiz olunublar. Bu cür klinikalara çox ehtiyac yoxdur, söhbət ümumilikdə on klinikadan gedir - Batumi, Kutaisi və Tbilisidə. Batumi Respublika Xəstəxanası artıq hazırdır, Kutaisi və Tbilisidə ilkin seçim bu gün və ya sabah tamamlanacaq və işçilərin təliminə və hazırlanmasına həftənin sonunda başlanacaqdır. Klinikanın təcili yardımda icazəsi, habelə immunizasiya barədə təcrübəsi və ən azı üç briqadası olmalıdır. Xəstə axınları bölünməlidir. Xəstələr başqa girişlərdən içəri girməli və peyvənd üçün gələn tibb işçiləri izolyasiya olunmuş girişlə qarşılaşmalı və peyvənd edildikdən sonra gözləmə sahəsi olmalıdır. Tənzimləyici orqan bütün bunları yoxlayacaq və bundan sonra onlar proqrama daxil ediləcək", - dedi Qabunia.
Tamar Qabunianın dediyinə görə, imunizasiya proqramı artıq informasiya ilə təmin edilmişdir.
"Artıq Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatlar bazasında tibb işçilərinin qeydiyyatına başlandı, yəni risk qrupuna aid olan bütün insanların", - dedi Qabunia.
Eyni zamanda, Qabunianın dediyinə görə, kovid infeksiyası keçirmiş şəxslər dörd aydan sonra aşılanacaqlar.
“İnfeksiyanın təsdiqlənməsindən aşılanmaya qədər müəyyən müddət keçməlidir. Söhbət dörd aylıq bir müddətdən gedir, infeksiyanın təsdiqlənməsindən dörd ay keçməlidir və bundan sonra bu insanlar peyvənd olunacaq”, - dedi Tamar Qabunia.


