02 
Fev
2021
17:58
4141

Tələbələrin nəzərinə: SOCAR şirkəti tələbələrə müraciət edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ( SOCAR) təhsil haqqının ödənilməsi kriteryalarına uyğun olan tələbələrə müraciət edir.

InterPress.ge müraciəti olduğu kimi təqdim edir:

"Məlum olduğu kimi, 2008-2009-cu tədris ilindən etibarən “1+4” Təhsil Proqramı çərçivəsində Gürcüstanın dövlət ali təhsil müəssisələrində təhsil alan tələbələrin təhsil haqqı SOCAR-ın Gürcüstan Nümayəndəliyi tərəfindən ödənilir.

Təhsil haqqı ödəmələrinin, 2020-2021-ci tədris ilinin 1-ci semestrindən etibarən qəbul edilmiş yeni kriteriyalar üzrə həyata keçiriləcəyi əvvəlcədən tələbələrimizin diqqətinə çatdırılmışdır.

Bildiyiniz kimi, 2019-2020-ci tədris ilinin yaz semestrindən etibarən təhsil haqqı ödəmələri üçün tələbələrə aid lazımi məlumatlar ali təhsil müəssisələrindən birbaşa təmin edilir. Bu istiqamətdə, təhsil haqqlarının ödənilməsinə namizəd tələbələrin siyahılarının hazırlanması üçün tələbələr təhsil aldıqları ali təhsil müəssisəsinə müraciət edərək, onlara aid şəxsi və akademik məlumatların SOCAR-ın Gürcüstan Nümayəndəliyinə ötürülməsinə razılıq verməlidirlər.

Təhsil haqqının ödənilməsi üçün tələbələrə aid akademik məlumatların hazırlanaraq SOCAR-ın Gürcüstan Nümayəndəliyinə təqdim edilməsi üçün artıq ali təhsil müəssisələrinə tərəfimizdən rəsmi müraciət məktubu ünvanlanıb.

Bunun üçün ali təhsil müəssisələri ilə razılaşdırılmış müddət bir aydır (30 gün) və ancaq bu müddət əzində göndərilən məlumatlar nəzərə alınacaqdır. Tələbələrdən xahiş olunur ki, sənədlərinin hazırlanması üçün bu müddət ərzində təhsil aldıqları ali təhsil müəssisələrindəki müvafiq şöbəyə müraciət etsinlər.

Proseslə bağlı bütün suallarınızı [email protected] elektron ünvanına yazmağınız xahiş olunur", - deyə müraciətdə qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər