02 
Fev
2021
17:09
538

Aqara kəndində qəza zamanı yaralanan qadın vəfat etdi

Kedanın Aqara kəndində baş verən yol qəzasında yaralanan orta yaşlı qadın vəfat edib.

InterPress.ge xəbər verir ki, Aqara kəndində maşın 150 metr yüksəklikdən dərəyə düşüb.

Mərhum qadın, Aqara kəndində dövlət məktəbi müəlliməsidir. Qonşuların dediyinə görə, evdən məktəbə gedirmiş. Məlumata görə, yolda cüyür ilə qaşılaşıb və toqquşmamaq üçün sükanı çevirərkən avtomobil 150 metr yüksəklikdən dərəyə düşüb.

Fakt Cinayət Məcəlləsinin yol hərəkəti qaydalarını pozmağı nəzərdə tutan 276-cı maddəsi ilə araşdırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər