Bu fonda təstək olaraq ehtiyaclı ailələrə kömək edə bilərsiniz
Tez-Tez qarşımıza çıxan "Təhsilə dəstək" fondu məhz elə ehtiyaclı insanlara yardım edir.
Bəs Təhsilə dəstək fondu nədir? Burada kimlər və necə fəaliyyət göstərir?
InterPress.ge məlumat verir ki, artıq bir ildir ki, könüllü olaraq bu fond fəaliyyətini göstərir. Onun təhsisçisi isə Minurə Mustafayevadır.
Yardım sevər insanların köməyi ilə bu fond Gürcüstanda olan aztəminatlı ailələrə, xəstə insanlara, kimsəsiz uşaqlara, tənha və ehtiyacı olan qocalara bir sözlə dəstəyə ehtiyacı olanlan hər kəsə maddi yardım göstərir. Bu yardımlar hər ay davamlı şəkildə M. Mustafayevanın nəzarəti halında davam edir.
“Bir toplum olaraq bir-birimizə kömək etmək hissini yaşamağı bacarmalıyıq. Biz xoşbəxt yaşayan zaman insanları xoşbəxt etmək, geyindiyimiz zaman geyindirmək, tox olarkən ac insanları qida ilə təmin etmək lazımdır və bacardığımız qədər köməyə ehtiyacı olana kömək əlini uzatmaq biz insanların borcudur”- deyə Minurə Mustafayeva qeyd edib.
Fondun əsas məqsədi bundan ibarətdir:
- Ehtiyaclı ailələrin məktəbli uşaqlarına çanda və dərs ləvazimatının alınması və onların müəyyən geyimlərlə təmin olunması;
- Ehtiyaclı tələbələrin müəyyən geyimlə təmin olunması;
- Təhsilə həvəs məqsədi ilə muzey, elm və təhsil haqqının ödənilməsində dəstək çağırışının edilməsi;
- Xəstə tələbə və şagirdlərin müalicəsinə müəyyən yardımına dəstək çağırışı etmək;
- Hədsiz yoxsul tələbələrin təhsil haqqının ödənilməsinə dəstək çağırışının edilməsi;
- Xəstə ailələrin ərzaq və dərmanlarla təmin edilməsidir.
M. Mustafayeva eyni zamanda insanları dəstək olmağa çağırır.
“Ehtiyaclı insanlarlı güldürmək, xoşbəxt etmək bilirsinizmi necədə gözəl hissdir. Bir tələbəyə təqaüd vermək, zəif birinin qayğısına qalmaq, yaşlı birinə əl uzatmaq necədə böyük səvabdır. Kiməsə dəstək olub onun üzünü güldürmək size xoşbəxt etməzmi? Bu şüpəsis ki, sizi xoşbəxt edər. Hərkəsi bu xeyriyyə fonduna dəstək olmağa və yardıma ehtiyacı olan insanlara yardım etməyə dəvət edirəm”.
Təhsilə Dəstək Fonduna kim istəsə üzv ola bilər. Fonda isə istənilən formada dəstək olmaq mümkündür.
Ethiyaclı ailələr üçün ərzaq, dərman, geyim və hətta bir çox yeni və yararlı istifadə etmədiyininz ləvazimatlarla yardım etmək mümkündür.
Əlaqə üçün: +995-557-93-07-00
Fondun hesab kodları:
TBC bank: GE44TB7667545064300017
Gürcüstan (Sakartvelo) bank: GE79BG0000000371048250





