02 
Fev
2021
10:36
425

Travmatoloji Mərkəzdə yanğın baş verdi

Yanğınsöndürənlər "Travmatoloji Mərkəz"in xəstələrini xilas ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Təcili Yardım İdarəsi tərəfindən yayılır.

İdarədən verilən məlumata görə, Daxili İşlər Nazirliyinin "112" İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə Tbilisinin Tsinandali küçəsində yerləşən "Təcili Travmatoloji Mərkəzi"nin binasında yanğın olduğu haqda zəng daxil olub. Səkkiz xilasetmə qrupu qısa müddətdə yanğın yerinə cəlb edilib.

“Üç mərtəbəli binanın birinci mərtəbəsində güclü tüstü və açıq atəş müşahidə edildi. Palatalardan birində beş pasiyent var idi. Onlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz bölməyə aparıldı. Zəngdən yarım saat sonra yanğın söndürüldü və hadisə nəticəsində xəsarət alan olmadı" , - bildirilir məlumatda.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər