01 
Fev
2021
18:18
1042

Dövlət Təhlükəsizlik Xidməti bəyanat yayır

Dövlət Təhlükəsizlik Xidməti KİV-lərdən birinin yaydığı məlumatla bağlı açıqlama yayıb.

InterPress.ge xəbər verir ki, bəyanatda deyilir:

“Gürcüstanda rusiyalı muzdlu döyüşçülərin mövcudluğu və dövlət təhlükəsizliyi üçün yarana biləcək risklər barədə bəzi KİV-lər tərəfindən yayılan məsuliyyətsiz şərhə münasibət bildirmək istəyirik.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin bu cür fəaliyyətlər və təhlükələr barədə tam məlumata sahib olduğunu və müvafiq profilaktik tədbirlər gördüyünü tam məsuliyyətlə bəyan edirik. Bu, nəticədə ölkədə dinc və təhlükəsiz mühitin qorunmasını təmin edir.

Bu cür məlumatların dəlil şəklində yayılması, bir tərəfdən cəmiyyətin bir hissəsinə qorxu və çaxnaşmaya, digər tərəfdən isə ölkənin hüquq-mühafizə orqanlarını nüfuzdan salmağa xidmət edir, hansı ki, birbaşa düşmən qüvvələrin maraqlarına aiddir.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti, dövlət təhlükəsizliyi məsələləri mövzusunu işıqlandırırarkən media ilə mümkün qədər əməkdaşlıq etməyə hazır olduğunu bildirir”, - deyilir DTX tərəfindən yayılan məlumatda.

Bizimlə əlaqə saxlayın