Gürcüstanın Tkibuli şəhərində “Dzidziquri” adına mədənin işçiləri tətil elan edib.
InterPress.ge xəbər verir ki, 200-ə yaxın mədənçi işə çıxmayıb.
Mədənçilərin əsas tələbləri iş şəraitinin yaxşılaşdırılması və əməkaqlarının vaxtında ödənilməsidir.
Onlar tələbləri yerinə yetirilməyənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.(report)
