01 
Fev
2021
17:17
879

Baş nazir: "Bu gün heç kim məhdudiyyətlərin sürətli qaldırılmasında mənim qədər maraqlı deyil"

"Bu gün heç kim məhdudiyyətlərin daha sürətli qaldırılmasında, Gürcüstan hökuməti və mənim qədər maraqlı deyil".

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri Qiorqi Qaxaria bu barədə İmeretiyə səfəri zamanı jurnalistlərə açıqlama verib.

O, məhdudiyyətləri aradan qaldırmaq üçün tarazlığı qorumağın vacib olduğunu söyləyib, çünki məhdudiyyətlərin tələsik qaldırılması hər şeyin yenidən bağlanması üçün bir səbəb olacaq.

“Bu gün heç kim məhdudiyyətlərin sürətlə qaldırılmasında Gürcüstan hökuməti və mənim qədər maraqlı deyil. Hamımız məhdudiyyətlərin səhv, əsassız və tələsik qaldırılmasının sonradan yenidən bağlamamız üçün birbaşa səbəb olacağını anlamalıyıq. Burada balansın qorunması son dərəcə vacibdir. Addım-addım izlədiyimiz xüsusi bir planımız var. Bu gün virusun yayılmasının daha çox idarə olunduğunu və bu prosesi idarə etdiyimizi nəzərə alsaq, bu planı bir az daha sürətli həyata keçirmə imkanlarımızın olduğunu söyləyə bilərəm. Məktəb və bələdiyyə nəqliyyatı son dərəcə vacibdir. Bu, bizim prioritetimizdir. Hər şeydən əvvəl bələdiyyə nəqliyyatını bərpa etmək və uşaqları sinif otaqlarına qaytarmaq üçün əlimizdən gələni edirik", - deyə Baş nazir söyləyib.

Onun sözlərinə görə, hökumətin bir planı var, hansı ki, ağıllı və ardıcıl olaraq ölkə o vəziyyətə getsin ki, yazın əvvəlində ölkə turistləri qəbul edə bilsin.

“İqtisadiyyatın ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən sahələri var. Bunlardan biri də turizmdir. Planı sona çatdırırıq, hansı ki, rahat, ağıllı və ardıcıl şəkildə addım atmağa imkan verəcək ki, yazın əvvəlində turist qəbul edə bilək. Bütün bunlar real, obyektivdir və biz bunu edə bilərik, amma tələsməməliyik. Qısamüddətli, sürətli nəticələr əldə etməyə tələsməməliyik, yalnız öz maraqlarımızı nəzərə almamalıyıq, baxmayaraq ki, şirkətləri, restoranları, otelləri, turizmlə məşğul olan digər insanları çox yaxşı başa düşürəm, amma biz uzun müddətli nəticələrə qayğı göstərməliyik və bunu birlikdə etməliyik. Bu ölkədə hər bir insan ifadə azadlığına malikdir və bu qorunur. Əlbətdə ki, kimsə kiminsə fikir bildirmə hüququnu məhdudlaşdıra bilməz. Bu onların haqqıdır, onların məsuliyyətidir, bizim məsuliyyətimizdir ki, restoranlarla və başqa əyləncə yerləri ilə, təşkilatlarla, vətəndaşlarımızın sağlamlığı və iqtisadiyyatın uzun müddətli və davamlı açılması barədə birlikdə fikirləşək", - Baş nazir bəyan edib.

Bizimlə əlaqə saxlayın