
Baş nazir ilk kimlərin koronavirus peyvəndi olacağını açıqladı
"Biz çox çalışdıq və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinə şəxsən təşəkkür edirəm, son bir ayda çox sıx ünsiyyət qurduq və nəticədə deyə bilərik ki, Gürcüstan ilk 18 ölkə arasında olacaq, hansı ki, yaxın gələcəkdə "Pfizer" peyvəndini alacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria jurnalistin peyvəndlə bağlı sualını cavablandırarkən deyib.
Baş nazirin qeyd etdiyinə görə, milli peyvənd planına əsasən, əvvəlcə həkimlər aşılanacaq.
“Hamımız bu gün dünyada peyvəndlə bağlı nə baş verdiyini başa düşürük və görürük. Varlı sistemli dövlətlər, həyata keçirə biləcəklərini düşündükləri aşılama planını həyata keçirə bilmədiklərini gördükləri üçün getdikcə daha ciddi məhdudiyyətlər tətbiq edirlər. Bu, bu gün obyektiv bir reallıqdır. Çox çalışdıq və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinə şəxsən təşəkkür edirəm, son bir ayda çox sıx ünsiyyət qurduq və nəticədə deyə bilərik ki, Gürcüstan ilk 18 ölkə arasında olacaq, hansı ki, yaxın gələcəkdə "Pfizer" peyvəndi alacaq. "Pfizer" peyvəndini ilk mərhələdə ona görə, alacağıq ki, milli peyvəndləmə planımıza uyğun olaraq, ilk növbədə tibb sahəsi nümayəndələrini, həkimləri, aşılayaq və bu son dərəcə mühimdir. Əlbətdə ki, biz həm ikitərəfli, həm də çoxtərəfli platformalar daxilində peyvənd üzərində işimizi davam etdiririk və fevral ayının sonu, mart ayının əvvəlində ölkədə əlavə yeni aşılarımız olacaq.
Hər kəsə demək və inandırmaq istəyirəm ki, əsas məqsədimiz Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınan və icazə verilən vaksinin Gürcüstanda olmasıdır, hansı ki, bizim vətəndaşlarımız üçün risk yaratmayacaq. Bir tərəfdən diqqətliyik, ancaq gördüyünüz kimi, Gürcüstanın "Pfizer" peyvəndini alan ilk ölkələrdən biri olmasına nail olduq və bir daha təkrar edirəm, milli peyvənd planına görə, peyvənd olunan ilk şəxslər həkimlər olacaq", - dedi Baş nazir.