01 
Fev
2021
16:23
1509

Baş nazir məhdudiyyətlərlə bağlı danışdı

"Obyektiv şəkildə, balansı qoruyaraq, insan həyatı və sağlamlığına diqqət göstərmək üçün hər şey edəcəyik, ancaq iqtisadiyyatı yavaş-yavaş açmalıyıq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria İmeretiyə səfəri zamanı jurnalistlərə açıqlama verib.

Baş nazir, İmereti bölgəsində davam edən infrastruktur layihələri haqqında bəhs edib və bölgədə turizmin və iqtisadiyyatın canlandırılmasının vacib olduğunu qeyd edib.

“Bu gün uşaqlarımız məktəbə getməyə və siniflərdə təhsil almağa başladılar. Bu gün Zestaponi rayonunun Sakara kəndində idim, burada yeni məktəbin inşası başa çatdı və uşaqlar bu il yeni tikilən məktəbə getdilər. Təəssüf ki, pandemiya səbəbi ilə onlar da ara verdilər, baxmayaraq ki, bu gün tədrisə başladılar və bu çox təsirli idi.

Bu gün Gürcüstanın bəzi şəhərlərində tətbiq etdiyimiz məhdudiyyətlərin nə demək olduğunu çox yaxşı başa düşürük. Bunun hər bir ailə üçün, biznes üçün, bağlanan şirkətlərin hər biri üçün nə demək olduğunu yaxşı başa düşürəm. Obyektiv şəkildə, balansı qoruyaraq, insan həyatına və sağlamlığına diqqət yetirmək üçün hər şey edəcəyik, eyni zamanda iqtisadiyyatı yavaş-yavaş açmalıyıq. Virusun yayılması baxımından olduqca yaxşı nəticələr əldə etdiyimizi görürsünüz və virusu tamamilə idarə etdiyimizi deyə bilərik.

Bundan əlavə, İmeretidə turizmi və iqtisadiyyatı canlandırmaq son dərəcə vacibdir və sonlanma mərhələsində olan bir oteldə idik. Bu layihə birbaşa Prometey Mağarasının infrastrukturuna bağlıdır. Bu otel və turizm infrastrukturu may ayında açılacaqdır. Ölkəyə ilk turistlərin bu vaxta qədər cəlb edilməsi üçün əlimizdən gələni edəcəyik", - dedi Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın