Məhdudiyətlərə əməl etməyən 779 nəfər cərimələndi
Son 24 saat ərzində hüquq-mühafizə orqanları tərəfindən aparılan yoxlanışlar nəticəsində ölkə daxilində tətbiq olunan məhdudiyyətlərin 779 pozulma halı aşkar edilib.
InterPress.ge xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyi bildirir.
Məlumata görə, Polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 94 şəxsi cərimələyib. Cərimə olunanlar arasında axşam saat 9-dan səhər saat 5-ə qədər hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var. Bundan əlavə, 24 saat ərzində maska taxmama qaydasını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndi ilə 685 şəxs cərimələnib.
“Daxili İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşları ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün bütün qanun pozuntularına operativ reaksiya verirlər. Daxili İşlər Nazirliyi vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırır, əks halda qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər tətbiq ediləcəkdir. Gürcüstan ərazisindəki bütün şəxslər, xalqın sağlamlığı sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar.
Nazirlik vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır. Maska taxmama qaydasının pozulması Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyət və 20 lari məbləğində cərimə ilə nəticələnir. Təcrid və karantin qaydalarının pozulması, Cinayət Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən inzibati məsuliyyətə səbəb olur və fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10.000 lari cərimə olunur. Təkrarlanan cərimələr cinayət məsuliyyətini nəzərdə tutur"- məlumatda deyilir.


