01 
Fev
2021
11:03
851

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 240 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 258 351 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 681 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 249 709 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 16 nəfər ölüb və ölənlərin ümumi sayı 3194 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 9056 test aparılmışdır. Bunlardan 5490-ı sürətli antigen testi, 3566-sı isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər