Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

II Yelizaveta dünya liderləri ilə görüşəcək

367
II Yelizaveta dünya liderləri ilə görüşəcək
Dinləmək üçün basın

Böyük Britaniya kraliçası II Yelizaveta iyunda G7 sammitindən əvvəl Bukinhem sarayında ABŞ prezidenti Cozef Baydeni və başqa dünya liderlərini qəbul edəcək.

Böyük Britaniya kraliçası II Yelizaveta iyunda G7 sammitindən əvvəl Bukinhem sarayında ABŞ prezidenti Cozef Baydeni və başqa dünya liderlərini qəbul edəcək.

Bu barədə InterPress.ge “Sunday Times”a istinadən xəbər verir.

Qeyd edilir ki, Böyük Britaniya və ABŞ arasındakı münasibətləri inkişaf etdirmək üçün kral və hökumət məmurları tərəfindən hazırlanmış planlara uyğun olaraq qəbulda həmçinin Uels şahzadəsi, Kornuoll hersoginyası, Kembric hersoqu və hersoginyası da iştirak edəcəklər.

“Böyük Yeddilər”in (G7) növbəti sammiti Böyük Britaniya Kornuoll yarımadasının (Atlantik okeanı) Karbis-Bey kurort şəhərciyində iyunun 11-dən 13-ə qədər keçiriləcək.

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya və Avropa Birliyi liderlərinin görüşünə Avstraliya, Hindistan və Cənubi Koreyanın rəhbərləri də dəvət olunacaq. Rəsmi məlumata əsasən G7 liderləri görüşdə koronavirus pandemiyası və iqlim dəyişiklikləri kimi ümumi problemləri müzakirə edəcəklər. Sammitdə həmçinin əhalinin sərbəst ticarətə ümumi çıxışı, texnoloji tərəqqinin faydaları və elmi kəşflər mövzularını da qaldırılacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →