31 
Yan
2021
16:12
14602

Sabahdan etibarən hansı ölkə vətəndaşları Gürcüstana daxil ola biləcək?

Gürcüstana hava yolları ilə giriş qaydaları asanlaşdırılır. Bəzi ölkələrin vətəndaşları mənfi PCR testi əsasında Gürcüstan sərhədini keçə biləcəklər.

InterPress.ge xəbər verir ki, Mülki Aviasiya Agentliyinin direktoru Levan Karanadze bu barədə açıqlama verib.

O, Amerika Birləşmiş Ştatları, AB üzvü ölkələr, İsveçrə, Norveç, eləcə də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Bəhreyn və Qətər vətəndaşlarının PCR testi ilə ölkəyə girə biləcəklərini və üçüncü gün yenidən test etdirə biləcəklərini söyləyib.

"Böyük Britaniya və Şimali İrlandiya vətəndaşları üçün sərhəd açılır və mənfi test əsasında ölkəyə girə biləcəklər, bununla birlikdə karantinaya girmək məcburiyyətində qalacaqlar", - deyə Levan Karanadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər