"Liberty Bank" filialını qarət etmək istəyən şəxs saxlanıldı
Kutaiasidə, 2000-ci il təvəllüdlü T.A. soyğunçuluq və qanunsuz olaraq odlu silah daşımaq ittihamı ilə saxlanıldı.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
"İstintaqla, təqsirləndirilən şəxsin bu il yanvarın 29-da Kutaisi şəhərində, İlia Çavçavadze prospektindəki "Liberty Bank" filialının binasına soxulduğu, kassa operatorlarını tapança ilə hədələdiyi, lakin pulu ala bilmədiyi və hadisə yerindən qaçdığı məlum olub. Polis soyğunçunu hadisədən bir neçə saat sonra yaxalayıb.
Hüquq-mühafizə orqanları silahı sübut kimi ələ keçirib.Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 1-ci hissəsi və 236-cı maddəsinin 4-cü hissəsi ilə soyğunçuluq və qanunsuz olaraq odlu silah daşıma faktı ilə bağlı istintaq aparılır. Cinayət 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur", - deyilir məlumatda.


