Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda İŞİD başçılarından birini məhv edib

461
ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda İŞİD başçılarından birini məhv edib
Dinləmək üçün basın

İraqda İŞİD terror qruplaşmasının başçılarından biri ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviazərbəsi nəticəsində məhv edilib.

İraqda İŞİD terror qruplaşmasının başçılarından biri ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviazərbəsi nəticəsində məhv edilib.

“InterPress.ge” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti bildirib.

Nəşrin məlumatına görə, “Əbu Yasir” adı ilə tanınan Cabbar Salman Əli Farhan əl-İssaui Kərkük şəhəri ərazisində zərərsizləşdirilib. Zərbə nəticəsində İŞİD-in daha doqquz silahlısı öldürülüb.

Əməliyyatda İraqın təhlükəsizlik xidmətləri də iştirak edib. Terrorçulara zərbəni havadan ABŞ hərbçiləri endirib.

Koalisiyanın nümayəndəsi Ueyn Marotto qeyd edib ki, əl-İssauinin ölümü İŞİD üçün ciddi zərbədir. Qəzetin məlumatına görə, əl-İssaui İraqda İŞİD döyüşçülərinin hərəkətlərinə rəhbərlik edib və ölkədə qruplaşmanın fəaliyyətini bərpa etməyə çalışıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →