Qiorqi Qaxaria, dövlət mülkiyyətinin özəlləşdirilməsini sürətləndirmək planını iqtisadi komandanın üzvləri ilə müzakirə etdi
Gürcüstanın Baş naziri Qiorqi Qaxaria, iqtisadi qrupun üzvləri ilə bu il dövlət əmlakının özəlləşdirilməsini sürətləndirmək planını müzakirə edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumət rəhbərliyi tərəfindən yayılır.
Məlumata görə, hökumət administrasiyasında keçirilən iclasda dövlət əmlakı, dövlət nəzdində olan müəssisələrin məsələsi müzakirə edilib.
Dövlət mülkiyyətinin aktiv özəlləşdirilməsinin və bütün aktivlərin rasional istifadəsinin həm iqtisadiyyatın, həm iş yerlərinin sürətlə bərpası, həm də ölkəyə yeni investisiyaların təşviqi üçün vacib olduğu vurğulanıb.
Hökumətin dövlət müəssisələrində islahatlara başladığı da qeyd ediib, hansı ki, idarəetmənin ən yaxşı praktikasi və nümunələri səviyyəsində dövlət müəssisələrinin idarəedilməsinin korporativliyini hədəfləyir.
Dövlətə məxsus müəssisələrin idarə edilməsində islahatlar aparmaq üçün maliyyə naziri İvane Maçavarianinin rəhbərliyi ilə xüsusi işçi qrupu yaradıldı ki, bu da dövlət müəssisələrinin idarəedilməsinin yüksək korporativ idarəetmə standartlarına yaxın olması üçün, ardıcıl addımların konkret planını hazırlayacaq.
Özəlləşdirməni sürətləndirmək üçün 2020-ci ildə başladılan "Müəssisələrə 100 investisiya təklifi" layihəsi çərçivəsində 116 obyekt satıldı. İclasda 2021-ci ildə dövlət əmlakının özəlləşdirilməsinin daha aktiv idarə olunması üçün konkret addımlar müzakirə edilib.
İşgüzar görüşdə Baş Nazirin birinci müavini, Regional İnkişaf və İnfrastruktur Naziri Maia Çkitişvili, Maliyyə Naziri İvane Maçavariani və İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava iştirak edib.


