Gürcüstanda koronavirusa yoluxma ilə bağlı təsdiqlənən halların sayı 33-ə çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda yerləşdirilib.
Qeyd olunur ki, Gürcüstanda hazırda 427 nəfər karantində, 73 nəfər isə tibbi nəzarətdə saxlanılır.
