28 
Yan
2021
19:22
3828

Ramazan ayı bu tarixdən başlayır

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir.

InterPress.ge xəbər verir ki, bu il Müqəddəs Ramazan ayı aprelin 14-dən başlayır və mayın 13-də sona yetir.

Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir. İnsanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir, bu isə oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər