Azərbaycanın Gürcüstandakı səfiri Kvemo Kartili qubernatoru ilə görüşdü
Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanın Kvemo Kartli qubernatoru Şota Rexviaşvili ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Səfir eyni zamanda rayon bələdiyyə sədrləri və bələdiyyə müavinləri ilə görüşüb.
Görüşündə tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Söhbət bölgədə mədəni-maarifləndirmə, sosial-iqtisadi və digər prioritet sahələrdə davam edən işlərə yönəldilib.
Diqqət iki ölkə arasında mövcud olan yüksək səviyyəli strateji və dostluq münasibətlərinin daha da dərinləşdirilməsinə yönəldilib.
Şota Rexviaşvili bölgənin inkişaf mərhələləri, mövcud potensial və etnik müxtəlifliyə görə geri dönməz inteqrasiya prosesi barədə ətraflı danışıb.


