Marneulinin Qaçağan kəndində böyük miqyaslı lahiyələrin həyata keçirilməsi ilə bağlı iclas keçirildi
Bu gün Marneuli munisipalitetinin Qaçağan kəndində suvarma infrastrukturu, suvarma kanallarının qurulması və eyni zamanda böyük miqyaslı lahiyələrin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.
InterPress.ge xəbər verir ki, bu haqda millət vəkili Zaur Darğalı öz rəsmi facebook səhifəsində qeyd edib.
Görüşdə Qaçağan kəndində nasos stansiyasının qurulması ilə bağlı müzakirələr aparıldı.
Z. Darğalı qeyd edir ki, lahiyənin həyata keçirilməsi, kəntdəki suvarma problemini əhəmiyyətli dərəcədə həll edəcək.
Qaçağanda nasos stansiyasının qurulması və lahiyənin hazırlanması Marneuli Munisipaliteti meriyası və “Gürcüstan Meloriyası” MMC-nin iştirakı ilə baş tutacaq.
Görüşdə “Gürcüstan Meloriyası” MMC-nin baş direktoru Davit Tsilidze, Marneuli munisipalitetinin sakrebulo sədri Amiran Qiorqadze və Marneuli merinin əvəzedicisi Zaur Tabatadze iştirak edib.
Bununla yanaşı Qardabani və Marneuli munisipalitetinin suvarma sahəsində olan yeni lahiyələr və mövcud olan çətinliklər haqda müzakirə olunub.


