Qamğrelidze: "Peyvəndləmə üçün infrastruktur və tibb heyəti hazırdır"
"Koronavirusa qarşı kütləvi aşılamaya başlamazdan əvvəl, ölkədə infrastruktur hazırdır, ancaq bundan sonra tutumun artırılmasına ehtiyac olacaqdır".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
Onun sözlərinə görə, həkimlər və tibb bacıları artıq hazırlaşdırılıblar. Qamğrelidzenin izah etdiyinə görə, ölkə daxilində rutin immunizasiya çərçivəsində il ərzində bir milyona qədər aşılama həyata keçirəcək 370 mərkəz var.
"Ancaq aşılama planında qeyd olunduğuna görə, hər iki dəfəsində də 1 milyon 670 min nəfər koronavirus peyvəndi ilə aşılanasıdır. Əhalinin 60% -ni aşılamaq üçün 3.9 milyon aşıya ehtiyacımız var. Kütləvi immunizasiya kampaniyası başladıldıqda tutumu artırmaq lazımdır. Bu, yəqin ki, yazda olacaq, nə vaxt ki, kütləvi kampaniya başlayacaq, infrastruktur ciddi şəkildə hazırdır, soyuq zəncir hazırdır və həkimlər və tibb bacıları hazırlaşdırılıb", - deyə Qamğrelidze bəyan edib.


