Hökumət rəhbərliyində görüşdən sonra komendant saatı ilə bağlı açıqlama verildi
"Konstruktiv söhbət oldu. Epidemioloji vəziyyət izləniləcək və yaxşılaşmadan asılı olaraq məhdudiyyətlər götürüləcək, bu hərəkət məhdudiyyətlərinə və həftə sonu işlərinə də aiddir. Əsas fəaliyyətimizin bərpası idi, hansı ki, dəyişmədi və normal olaraq 1 fevralda fəaliyyətimiz bərpa olunur".
InterPress.ge xəbər verir ki, bu barədə hökumət üzvləri ilə ticarət şəbəkələri və mağaza sahibləri arasındakı görüşdən sonra "Qalereya Tbilisi" nin direktoru Nikoloz Çinçadze açıqlayıb.
Onun sözlərinə görə, vəziyyətə vaxtaşırı baxılacaq və epidemioloji vəziyyətin yaxşılaşması halında məhdudiyyətlər tədricən götürüləcək.
“Qalan hərşeyi onsuz da bilirdik. Bilirdik ki, məhdudiyyətlər olacaq. Həftə sonu məhdudiyyətləri ilə yanaşı hərəkət məhdudiyyətləri haqqında da məlumatımız var idi. Nəzarətin 2 həftədə bir dəfə olacağı yaxşıdır və vəziyyətin yaxşılaşmasından asılı olaraq məhdudiyyətlər addım-addım aradan qaldırılacaq", - dedi Nikoloz Çinçadze.


