26 
Yan
2021
20:58
428

Azərbaycanın Gürcüstandakı səfiri Ədliyyə Naziri Qoça Lordkipanidze ilə görüşdü

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın Ədliyyə naziri Qoça Lordkipanidze ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Gürcüstandakı səfirliyi yayır.

Bildirilir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd edilmişdir ki, zəngin müqavilə-hüquq bazası əsasında Ədliyyə nazirlikləri arasında səmərəli əməkdaşlıq qurulmuş, qarşılıqlı səfərlər bu əlaqələrin daha da genişlənməsinə böyük təkan verməkdədir.

Eyni zamanda, hər iki ölkənin ədliyyə orqanlarının hüquqi yardım, notarial, penitensiar xidmət və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyəti qeyd edilib.

Görüşdə ölkələrimizdə ədliyyə və məhkəmə-hüquq sistemində qanunvericiliyin təkmilləşdirilməsi və həyata keçirilən islahatlar barədə məlumat verilmiş, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb. Ədliyyə sahəsində ikitərəfli əməkdaşlıqla yanaşı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəklədiyi qeyd edilib.

Görüşdə regionumuzda əməkdaşlıqla bağlı perspektivlər və digər maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın