26 
Yan
2021
20:59
1627

Nazir məhdudiyyətlərin yüngülləşdirilməsi haqda açıqlama verdi

"Turizm sektoruna biznesə məhdudiyyətin tətbiqi qərarlarının verilməsi məntiqini izah etdik".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, turizm sektorunun nümayəndələri ilə görüşdən sonra söyləyib.

Onun sözlərinə görə, biznes üçün aydındır ki, məhdudiyyətlərin yüngülləşdirilməsinin şəffaf meyarlardan biri pozitivlik göstəricisidir.

"İclasın əsas vəzifəsi turizm sənayesinə - restoranlara, qış istirahət mərkəzlərinə - Koordinasiya Şurasının biznesə məhdudiyyət tətbiqetmə və başlatma qrafikinə qərar verdiyi məntiqi bir daha tanıtmaq idi. Bu iclasda iqtisadi komandadan əlavə, cənab Amiran Qamğrelidzenin və xanım Ekaterine Tikaradzenin iştirakı çox qiymətlidir. Əsas meyarlardan biri, pozitivlik dərəcəsidir, hansı ki, biznes nümayəndələri üçün şəffaf və başa düşüləndir.

Həmçinin yüngülləşdirmə haqqında danışdıq, hansı ki, Artıq Acariyada, yaşıl bölgədə özünü göstərir. Bilirsiniz ki, fevralın 1-dən restoranlar açıq sahələrdə fəaliyyətə başlayır, məktəblər açılır, eləcə də ölkə daxilində qeyri-ərzaq pərakəndə şəbəkələri açılır və tezliklə açıq və qapalı bazarlar açılacaqdır. Bunlar onsuz da olduqca cəsarətli ilk addımlardır.

Dünyada peyvəndləmə tempinin azalmasına baxmayaraq, pandemiya aradan qalxmayıb və ölkələr vaxtaşırı məhdudiyyətlərin tətbiq edilməsinə çağırırlar. Biz çox ehtiyatlı addımlar atırıq. Ən əsası məntiqi biznesi izah etdik. Biz çox yaxşı başa düşürük ki, bu məntiq başa düşüləndir, amma bəlkə də Bakurianidə ayrı bir ailə otelinə çox şey vermir, çünki onlar həqiqətən çətinlikdədirlər, mövsüm itir və qonaqları layiqincə qəbul edə bilmirlər, amma aydındır ki, onları bağlamaq bizim istəyimiz deyil", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, yüngülləşdirmə tədricən, epidemioloji vəziyyətin monitorinqinə uyğun olaraq həyata keçiriləcəkdir.

"Bu həftə ərzində bu və ya digər bölgədə müsbət nisbətin nə qədər olacağına dair həftənin başlanğıcında monitorinq və bu səbəbdən daha sonra digər sahələrin açılışını tədricən əlavə etmək qərarına gələ bilərik.

Bilirsiniz ki, iqtisadiyyatımız bütövlüklə açıqdır, sənaye, qida ticarəti, kənd təsərrüfatı, mədənçilik və ya emalı məhdudlaşdırmırıq, amma ümumiyyətlə dünyada yüksək risk daşıyıcısı hesab olunan sahələrdən danışırıq və biz onları da indi açırıq"- dedi Natia Turnava.

Bizimlə əlaqə saxlayın