Çkitişvili: "Beynəlxalq qonaqlarımız bu gün də ölkəmizi digər ölkələrlə əlaqələndirən uçuşlarla Acarıstana gəlib istirahət edə bilərlər"
"Beynəlxalq qonaqlarımız bu gün də ölkəmizi digər ölkələrlə əlaqələndirən uçuşlarla Acarıstana gəlib istirahət edə bilərlər".
InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir müavini Maia Çkitişvili, biznes nümayəndələri ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, turistləri mərhələli şəkildə açılmış ölkə və hazırlanmış turizm sektoru gözləyir.
“Turistləri nə ilə qarşılayırıq - mərhələli şəkildə açılmış ölkə, hazırlanmış turizm sektoru, ilk mərhələdə açıq sahədə fəaliyyət göstərən ticarət şəbəkəsi ilə. Eyni zamanda xatırlatmaq istərdik ki, xizək mərkəzlərindən başqa otellər heç bir yerdə bağlanmamışdı. Bu gün də beynəlxalq qonaqlarımız ölkəmizi digər ölkələrlə əlaqələndirən uçuşlarla Acarıstana gəlib istirahət edə bilərlər. Əlbətdə ki, Acarıstan qışda istirahət etdiyimiz bir yer deyil", - dedi Çkitişvili.
Onun sözlərinə görə, bugünkü iclasda turizmin necə açılacağı da müzakirə edilib, bununla belə, bu iki tərəfli bir prossesdir.
"Turizmi birtərəfli qaydada bərpa edə bilmərik. Hamımız İsrailə bizim potensial bazar olaraq baxırdıq, amma hamımız İsrailin hətta bir həftə ölkəni tərk etməyi qadağan etdiyini gördük, bu səbəbdən hamımız gözlənilməz qərarlar vermə ehtimalının çox yüksək olduğu bir dünyada yaşayırıq", - dedi Çkitişvili.
Onun sözlərinə görə, biznes ilə görüşlər davam edəcək və yaxın günlərdə bazar nümayəndələri və turoperatorlarla görüşəcəklər.


