26 
Yan
2021
18:18
9980

Gürcüstana səyahət etməyə hazırlaşanların nəzərinə - bunları etməli olacaqsınız

"Mütəmadi uçuşların bütün istiqamətlərdə bərpa olunacağı 1 fevral tarixindən insanlar tam peyvənd olunmadığı təqdirdə, PCR testi tələb olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Amiran Qamğrelidzenin sözlərinə görə, testin təkrar keçirilib-keçirilməməsi barədə müzakirə aparılır.

"Əsas qaydalar onlar olacaq ki, gələn insanların 2 dəfə və ya tam peyvənd olmaları halında, onlar üçün heç bir şey lazım olmayacaq. Qalanlarından son 72 saat ərzində keçirilmiş PCR testi tələb olunacaq. Gələcəkdə müəyyən təkrarlamaların lazım olub-olmayacağına dair müzakirə aparılır"- dedi Qamğrelidze.

Məlumat üçün bildirək ki, fevralın 1-dən bütün istiqamətlərə müntəzəm uçuşlar bərpa olunacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər