Mərkəz rəhbəri Gürcüstanda epidemioloji vəziyyətlə bağlı xoş açıqlama verdi
"Gürcüstanda epidemioloji vəziyyətin sabitləşməsi davam edir".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
Onun sözlərinə görə, epidemioloji vəziyyət qiymətləndirilərkən, dinamikanın müsbət nisbət baxımından nə qədər davamlı olmasına xüsusi diqqət yetirilir.
“Ölkədə sabitləşmə prosesi və dinamikası davam edir. Bu səhər üçün müsbət nisbət 5,8%-dir. Son üç-dörd gündür ki, pozitivlik nisbəti dörd ilə altı arasında dəyişir. Son yeddi gün yüzdə altı eniş dinamikasına sahibdir. Bildiyiniz kimi, bu pozitivlik dinamikasının nə qədər davamlı olmasına xüsusi diqqət yetiririk. Son 14 gündə yüzdə 7.1, bütünlüklə yanvar ayı 8.7 və 30 gün 9,4%-dir", - deyə Amiran Qamğrelidze söyləyib.


