26 
Yan
2021
12:44
4237

Baş nazir məktəblərdə təhsilə bağlı açıqlama verdi

"Gürcüstan hökumətinin atması lazım olan növbəti ən vacib addım, əlbəttə ki, təhsilin və hər şeydən əvvəl ibtidai təhsil müəssisələrinin açılmasıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Qiorqi Qaxaria, İdarələrarası Koordinasiya Şurasının iclasında bəyan edib.

O, epidemioloji göstəricinin 4%-dən aşağı düşdüyü anda təhsil müəssisələrinin fəaliyyət göstərməsi üçün hər şeyin edilməli olduğunu söyləyib.

"Məktəblilərin və onların valideynlərinin uzun müddət evdə qalmasının nə demək olduğunu və siniflərdə fiziki olaraq iştirak etmək imkanlarının olmadığını çox yaxşı başa düşürük. Epidemioloji vəziyyət bizə imkan verən kimi və nisbət 4% -dən aşağı düşən kimi əlbətdə ki, xüsusilə uşaqlarımız üçün son dərəcə vacib bir sahəni sürətli hərəkət etdirmək üçün əlimizdən gələni edəcəyik" - dedi Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər