Gürcüstanda 2020-ci ildə neçə insan ölüb? - STATİSTİKA
31 dekabr 2020-ci il tarixinə olan məlumatlara görə, Gürcüstanda bütün səbəblərdən ölənlərin ümumi sayı əvvəlki illərin analoji göstəricisini üstələyir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin “Kovid-19" ilə bir il” adlı hesabatında deyilir.
Xüsusilə, araşdırmaya görə, 31 dekabr 2020-ci il tarixinə olan məlumatlara görə, Gürcüstanda 49.074 nəfər vəfat edib, 2015-2019-cu illərdə orta ölüm nisbəti 48.179 olub.
"Kovid-19" ölüm nisbətinə gəldikdə isə, "Kovid-19 ilə bir il" adlı hesabatda, 24 dekabr 2020-ci ildən etibarən koronavirusundan ölüm hallarının azalmağa başladığı bildirilir. Adambaşına düşən gündəlik ölüm nisbəti bir milyon əhaliyə, 11,6-dan 8,2-yə (31 dekabr) düşüb.
31 dekabr 2020-ci il tarixinin məlumatlarına görə, koronavirus xəstələrində 2528 ölüm halı baş verib (ölüm nisbəti 1.1%). Eyni zamanda, Kovid-19 ilə ölənlərin yaş strukturu, 70 yaşdan az xəstələrin 43%, 70-79 yaşında 30%, 79 yaşından yuxarı 27% təşkil edir. Cinsinə görə isə 55,4%-ni kişilər, 44,6%-ni isə qadınlar təşkil edir.


