26 
Yan
2021
11:08
1210

Polis narkotik satan evli cütlüyü saxladı

Patrul polisi qanunsuz olaraq narkotik almaq və saxlamaq ittihamı ilə Tbilisidə iki nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, məlumatı DİN yayır.

"Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində evli cütlük - 1980-ci il təvəllüdlü M.M. və 1981-ci il təvəllüdlü, əvvəllər narkotik cinayəti üzrə məhkum olunmuş və hazırda şərti sınaqda olan N.A-nı saxladılar. Xüsusilə külli miqdarda narkotik maddənin qanunsuz alqı-satqısı ilə ittiham olunurlar.

Patrul polis qrupu, təqsirləndirilən cütlüyü Tbilisidə Poniçala qəsəbəsinə doğru gedərkən yoxlamaq məqsədi ilə dayandırdı. İstintaq nəticəsində hüquq-mühafizə orqanları sübut olaraq bir neçə paketə bükülmüş eroin narkotik maddə və marixuana ələ keçirdilər.

Cinayət 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur", - Daxili İşlər Nazirliyi bildirir.

Qurumdan verilən məlumata görə, istintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin "A" bəndinə və 273-cü maddənin 5-ci hissəsinin "Q" bəndinə əsasən aparılır, hansı ki, külli miqdarda narkotik və marixuananın qanunsuz olaraq alınıb saxlanılmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər