26 
Yan
2021
11:05
1502

Ölkədə koronavirusa yoluxanlar artdı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1006 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 254 822 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1050 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 244 446 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 25 nəfər ölüb və ölənlərin ümumi sayı 3096 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 17 349 test aparılmışdır. Bunlardan 5 857-si sürətli antigen testi, 11 492-i isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın