25 
Yan
2021
16:11
674

DTX-a Qubernatorun müavinini saxladı

Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları, Tbilisi Bələdiyyəsi meriyası əməkdaşlıq ilə, əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində, hakimin qərarı əsasında, rəsmi səlahiyyətlərdən sui-istifadə faktı ilə əlaqədar, Çuğureti rayon Qubernatorunun müavinini saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məlumat yayılır.

"İstintaqla məlum oldu ki, Çuğureti bölgəsində, Araqvispireli küçəsi, N32-də yerləşən yaşayış evinin möhkəmləndirilməsi işləri barədə, 30 Aprel 2020-ci il tarixində 126.572 GEL dəyərində elektron tender elan edildi, hansı ki, iki şirkət iştirak etmək istədiklərini bildirdilər.

Çuğureti rayon qubernatorunun müavini, tender komissiyasından məsul şəxs olaraq rəsmi səlahiyyətlərini aşdı, 2020-ci il 29 mayda, tenderdə iştirak edən MMC-lərdən birinin nümayəndəsini iş kabinetinə dəvət etdi, sözügedən tenderi istədiyi şirkətin qazanmalı olduğunu dedi və bu səbəbdən satınalmaya qatılmamasını bildirdi, əks təqdirdə işində problem yaradacağı ilə təhdid etdi. Bunun qarşılığında rəsmi səlahiyyətlərini pozaraq gələcəkdə elan ediləcək tenderlərin şərtlərini tənzimləməyi təklif etdi.

Qubernatorun müavinin təzyiqlərinə baxmayaraq, şirkət qanun tələblərinə uyğun olaraq tenderə qatıldı və ən aşağı qiymətlə qazandı. Bu faktla əlaqədar dövlət qulluqçusu sistemli şəkildə şirkət üçün problemlər yaratmağa başladı. İş nəzarətçisinə qanunsuz təsir etdi və yerinə yetirilən işi təhvil verməsinə imkan vermədi. Qeyd olunan hərəkət nəticəsində, tikinti şirkəti süni şəkildə problemlərlə qarşılaşdı və nəhayət müqavilə ləğv edildi.

Çuğureti rayon qubernatorunun müavinin qanunsuz hərəkəti nəticəsində şirkət layihədə nəzərdə tutulan işləri davam etdirə bilmədi və nəticədə bu günə qədər gücləndirmə işləri aparılmadı. Beləliklə, həm yerli sakinlərin, həm işi istehsal edən şirkətin və həm də dövlətin qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozdu”- deyilir DTX-ın açıqlamasında.

Məlumata görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin birinci hissəsi ilə aparılır.

Bizimlə əlaqə saxlayın