25 
Yan
2021
15:38
338

Maçaraşvili: "Parlamentin müxalifət üzvlərinin parlament işinə başlamalarına imkan verilməsi üçün maksimum şəkildə çalışırıq"

"Parlamentin müxalifət üzvlərinin parlament işinə başlamalarına imkan verilməsi üçün maksimum şəkildə çalışırıq".

InterPress.ge xəbər verir ki, bu barədə parlamentin Prosessual Məsələlər Komitəsi sədrinin müavini Quram Maçaraşvili bildirib.

“Müxalifətçilər üçün deputat səlahiyyətinə xitam verilməsinin iki komponenti var - siyasi vəziyyət və hüquqi, prossesual xasiyyət. Ölkədə siyasi proseslərə zərər gəlməməsini maksimum nəzərə alırıq və parlament müxalifətinin parlament fəaliyyətinə başlamasına maksimum imkan veririk. Beynəlxalq tərəfdaşlarımızın və səfirlərimizin "Gürcü Arzusu"nun mövqeyi ilə tam razılaşdıqları da məlumdur, hansı ki, parlament müxalifətinin parlament fəaliyyətinə başlamasına aiddir.

Buna görə də müxalifət təmsilçilərinə rollarını yerinə yetirmək üçün hüquqi mexanizmləri verəcəyimiz təbiidir. Digər tərəfdən parlamentin reqlamentində nəzərdə tutulan, reqlamentin tələblərini sərt şəkildə qoruyacağıq. Parlament müxalifətinin üzvləri müxtəlif vaxtlarda açıqlamalar yazdılar və tarixlər fərqlidir. Prosessual Məsələlər Komitəsi açıqlamaları diqqətlə öyrənir və reqlamentin tələblərini ciddi şəkildə qoruyacağıq. Müxalifətin müraciətinin müzakirəsi parlamentin plenar iclasında ayrı-ayrı aparılacaq. Millət vəkillərinin bu məsələni dəstəkləmək və ya dəstəkləməmək imkanları olacaq", - dedi Quram Maçaraşvili.

Bizimlə əlaqə saxlayın