14 
Mar
2020
21:13
1332

Gürcüstanda koronavirusa yoluxanlardan neçəsi yeniyetmədir? AÇIQLAMA

"Tbilisi Mərkəzi Yoluxucu Xəstəliklər Xəstəxanasında koronavirusa yoluxan 27 nəfərdən 4-ü azyaşlıdır".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə klinikanın tibb direktoru Marina Ezugbaya məlumat verib.

"Sadəcə bunu deyə bilərəm ki, 27 xəstədən dördü 14 yaşından aşağı olan yeniyetmələrdir, tam yaşını deməyəcəyəm" dedi Ezugbaya.

Qeyd edək ki, son 24 saat ərzində Gürcüstanda yoluxmuş koronavirusun ümumi sayı 25 nəfərdən 30 nəfərə qədər artdı. Ölkədə ilk dəfə olaraq daxildə üçüncü yoluxma halı qeydə alınıb. Bu o deməkdir ki, insanlar xaricdə yoluxmuş vətəndaşlarla təmasda olarkən koronavirusa yoluxublar.

Bizimlə əlaqə saxlayın