25 
Yan
2021
14:42
691

Dərmanların bahalılığı səhiyyənin əsas problemi kimi adlanır

Dərmanların bahalılığı səhiyyənin əsas problemi kimi adlanır.

InterPress.ge xəbər verir ki, bunu, 2020-ci ilin dekabrında aparılan NDI sorğusu təsdiqləyir.

Respondentlərin əksəriyyəti, 46% -i səhiyyə sisteminin qarşılaşdığı problemlərin ən böyüyünün və ən kəskininin dərmanların bahalığı olduğuna inanır. 2020-ci ilin avqust ayında edilən bir anketə görə isə, 56%-dən daha çoxu belə düşünürdü.

Səhiyyədəki pandemiya problemləri ikinci problem olaraq qəbul edilir. Bundan sonra koronavirus müalicəsi üçün xəstəxanaların çatışmazlığı və tibb işçilərinin aşağı kvalifikasiyası gəlir.

Yalnız 9%-i Gürcüstanın səhiyyə sistemində problem olmadığına inanır.

Məlumat üçün bildirək ki, Baş nazir Qaxaria da Gürcüstanda dərmanların baha olduğunu qeyd edib. Onun sözlərinə görə ölkədə dərmanların qiyməti enməli və vətəndaşlar tərəfindən cibdən ödənişlər azaldılmalıdır. Əsas vəzifə bunun keyfiyyətə və müalicənin effektivliyinə təsir etməməsidir. Qiorqi Qaxaria, 2020-ci il dekabr ayının sonunda bu istiqamətdə addımların atılmasını açıqladı.

Bizimlə əlaqə saxlayın