25 
Yan
2021
11:03
1828

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 298 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 253 816 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1311 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 243 396 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 16 nəfər ölüb və ölənlərin ümumi sayı 3071 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 6868 test aparılmışdır. Bunlardan 2686-sı sürətli antigen testi, 4182-i isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın