24 
Yan
2021
18:00
1047

Vaşadze: "Mən bu cür mənasız məhdudiyyətləri nümayişkaranə şəkildə pozuram"

"Strategiya Ağmaşenebli" partiyasının lideri Qiorqi Vaşadze ABŞ-da olmasına baxmayaraq, "PISAR" testinin cavabını aldığını və mənasız məhdudiyyət qanunlarını nümayişkaranə şəkildə pozduğunu söyləyib.

InterPress.ge xəbər verir ki, bu barədə Vaşadze jurnalistlərə hökumət rəhbərliyi qarşısında məhdudiyyətlərin qaldırılmasını tələb edən etiraz aksiyası zamanı bildirib.

Onun dediyinə görən, tətbiq edilmiş məhdudiyyətlər mənasızdır, çünki xalq aclıqdan ölür və iqtisadiyyat isə "tükənib".

Vaşadze həmçinin aksiyada ictimai etirazın davam etməsinin lazım olduğunu söyləyib.

"Mənasız məhdudiyyətlərə görə, gərək mən evdə oturam. Xaricdə idim, Amerikada, nə vaxt ki, "PISAR" testinin cavabını təqdim elədim, hərəkət problemim olmadı. Gürcüstana gəldim və 12 günlük karantin yazdılar. Testə baxmayaraq, evdə kilidli qalmağımı deyirlər. Mən bu cür mənasız məhdudiyyətləri nümayişkaranə şəkildə pozuram və bu cür mənasız məhdudiyyətlər çoxdur! İnsanları acından öldürürlər, iqtisadiyyatı tükətdilər. Heç kim bu və ya digər məhdudiyyətin nə üçün lazım olduğunu əsaslandırmır. Biznes, iqtisadiyyat, vətəndaşlar işsiz, ac buraxıla bilməz və sən sadəcə kresloda özündənrazı şəkildə oturub deyə bilməzsən ki: Bu ən yaxşı hərəkətdir. Tətbiq etdikləri qaydasız qaydalardan birini nümayişkaranə şəkildə pozuram, hansı ki dünyada presendenti çox azdır. Biz gərək etirazlara başlayaq və onlara tabe olmayaq", - bəyan etdi Vaşadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər