24 
Yan
2021
09:06
375

Qamğrelidze: "Heç kim məhdudiyyət istəmir, amma tərəzidə insan sağlamlığı və insan həyatı durur"

"Heç kim məhdudiyyət istəmir, amma tərəzidə insan sağlamlığı və insan həyatı durur".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Amiran Qamğrelidzenin qeyd etdiyinə görə, 100 ildir ki, dünyada bu miqyaslı bir pandemiya olmayıb.

"Pandemiya ilə mübarizənin əsas metodlarından biri də məhdudiyyətlər və peyvəndlə yanaşı qaydalardır. Başa düşürəm, əhalidən üzr istəyirəm ki, bu məhdudiyyətlər tənzimlənir. Bir müddət yenə məhdudiyyətlərimiz olacaq, epidemiya vəziyyətinə görə yüngülləşdirməmiz olacaq, çünki digər tərəfdə insan sağlamlığı durur. Bildiyiniz kimi, çox çətin noyabr və dekabr ayları keçirdik, hansı ki, Gürcüstanda gündə 5000-dən çox hal qeydə alınırdı və məhdudiyyətlər noyabr ayının sonunda tənzimlənməsəydi, özümüzü çox çətin vəziyyətdə tapardıq",- dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın