23 
Yan
2021
22:09
648

Təcili yardım və minik avtomobili bir-biri ilə toqquşdu - 1 nəfər ağır yaralandı

Kutaisidə Abaşidze prospektində yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, təcili yardım və minik avtomobili bir-biri ilə toqquşub.

Qəzada avtomobilin sürücüsü ağır yaralanıb və ağır travmalar ilə xəstəxanaya aparılıb. Təcili tibbi yardım həkimlərinin verdiyi məlumata görə, vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin yol təhlükəsizliyi qaydalarını pozmağı nəzərdə tutan 276-cı maddəsi ilə başladılıb.

Bizimlə əlaqə saxlayın