23 
Yan
2021
14:35
1005

Polis Hindistan vətəndaşını saxladı - VİDEO

Daxili İşlər Nazirliyini Kiber Cinayətlər Şöbəsinin əməkdaşları 1996-cı il təvəllüdlü -Hindistan vətəndaşı Ş.S-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, məlumatı DİN yayır.

Nazirlikdən verilən məlumata görə, o, kompüter sisteminə icazəsiz daxil olmaq, kompüter məlumatlarının icazəsiz tapılması və qanunsuz istifadəsində, habelə xeyli ziyana səbəb olan oğurluqla ittiham olunur.

"İstintaq, şübhəlinin kommersiya banklarından birinin internet bankçılıq veb saytına bənzər - saxta bank səhifəsi yaratdığını müəyyənləşdirdi, hansı ki, linki eyni bankın müştərisinə elektron poçt vasitəsi ilə göndərib və istifadəçinin avtorizasiya məlumatlarını səhvə daxil etməklə mənimsəyib. Təqsirləndirilən şəxs bank istifadəçisinin İnternet bankçılığı profilinə icazəsiz daxil olub və 9,500 GEL-i onun bank hesabından öz hesabına köçürüb. Təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul payının bir hissəsi - 6084 GEL bankomat vasitəsi ilə nəğdləşdirildi.

Kompleks istintaq və axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanları Ş.S-nı Tbilisidə saxladı.

Saxlanılan şəxsin müvəqqəti yaşayış yerində aparılan axtarış zamanı polis sübut kimi cib telefonlarını, noutbukları və bank plastik kartlarını ələ keçirib.

Gürcüstan Cinayət Məcəlləsinin 285-ci maddəsinin birinci hissəsi, 158-ci maddəsinin birinci hissəsi, 284-cü maddəsinin birinci hissəsi və 177-ci maddəsinin ikinci hissəsi, "a" bəndinə əsasən istintaq davam edir.

Cinayət üç ildən beş ilədək həbs cəzası nəzərdə tutur", - deyilir açıqlamada.

Bizimlə əlaqə saxlayın